Suriya Prezidenti Bəşər Əsəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməkdən imtina edib.
Asayis.Az xəbər verir ki, o bu barədə "Skynews"a müsahibəsində bildirib.
“Rəcəb Tayyib Ərdoğanla görüş Ankaranın təklif etdiyi şərtlərə görə baş tutmayacaq. İndiki vəziyyətdə onunla danışıqlara başlamaq Suriyanın şimal rayonlarının işğal edilməsini tanımaq demək olardı. Dəstələrin mülki əhaliyə qarşı hərəkətlərinə görə məsuliyyət Ankaranın üzərinə düşür”, - Əsəd deyib. (Sfera.az)