Naxçıvandakı DSK niyə ləğv olunur? - Sədr açıqlama verdi

 Naxçıvandakı DSK niyə ləğv olunur? - Sədr açıqlama verdi

Xəbər verdiyimi kimi, deputat Səttar Möhbalıyevin seçildiyi Naxçıvandakı 3 saylı Babək-Kəngərli-Naxçıvan Dairə Seçki Komissiyasının ləğv olunacağına dair məlumatlar yayılıb. 

Asayis.Az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-ın əməkdaşı sözügedən DSK ilə əlaqə saxlayıb.

DSK sədri Şəmil Əliyev bildirib ki, Dairə Seçki Komissiyasının ləğvi ilə bağlı iddialar səslənsə də, bu haqda rəsmi qərar yoxdur:

“DSK-nın ləğvi haqda rəsmi qərar verilməyib. Özüm başda olmaqla hamımız bir nəfər kimi işimizdəyik. Əlavə məlumat veriləndə deyiləcək. Bağlanmaqla bağlı qeyri-rəsmi deyilir, amma hansı dairələr ləğv olunacaq, dəqiq bilinmir”.

Xatırladaq ki, hazırda Naxçıvan Muxtar Respublikasının ərazisində cəmi 7 DSK fəaliyyət göstərir.

16:08 - 10 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin