İndi bilirik ki, Sudan hökuməti bu görüşdə xüsusi nümayəndənin iştirak edəcəyi təqdirdə BMT-nin Sudandakı missiyasını bağlamaqla hədələyib.
Asayis.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Sudan hakimiyyətinin baş katibin Sudan üzrə xüsusi nümayəndəsi Volker Pertezi hədələməsini şərh edərkən deyib.
"Həqiqətən də iyrəncdir. Heç bir ölkə bir daimi nümayəndəni susdurmamalıdır, həmçinin BMT-ni də", - Qrinfild bildirib.
Qeyd edək Pertez BMT TŞ-nin iclasında iştirak etməyib.