Nyu-Yorkun məşhur estetik cərrahı, 72 yaşlı Hovard Sobel və həyat yoldaşı Brittney Sobel boşanıb.
Asayis.Az lent.az-a istinadən bildirir ki, onun 6 illik evliliyinin bitməsi xəbəri cəmiyyətdə şok yaradıb.
Ayrılıq xəbəri "Bıçaq altına girmək artıq bu vəziyyəti düzəldə bilməz" başlığı ilə manşetlərə çıxıb.
Cütlüyün məhkəməsi qarşılıqlı ittihamlarla uzadılıb.
Məhkəmə sənədlərinə görə, Hovard Sobel ondan boşanmaq istəyən arvadının aliment tələbinə etiraz edib. Üstəlik, boşanma səbəbləri arasında Hovard Sobelin "zorakılıq iddiası ilə ayrıldığı arvadı Birttneyi iki dəfə həbs etdirməyə cəhd etdiyi" və evinin hər yerinə təhlükəsizlik kameraları quraşdırması da var.
Cütlüyün kiçik qızlarının səhhətində çoxlu problemlər var.