"Qərbin Ukraynaya yardımı 160 milyard dolları keçib" - ŞOYQU

"NATO, Avropa İttifaqı (Aİ) və onların tərəfdaşlarının Ukraynaya bu günə qədər ayırdığı yardımın həcmi 160 milyard dolları keçib".

Asayis.Az
 xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

O deyib ki, Qərb ölkələrinin Ukraynaya dəstəyi davam etdirilir: 

"Qərb Kiyev rejminə görülməmiş şəkildə dəstək olaraq Rusiyaya qarşı müharibə aparır. 

Ukraynaya ötən ilin fevralından bəri Qərbdən yüzlərlə tank, 4000-dən çox zirehli texnika, 1000-dən çox artilleriya sistemi, onlarla çoxbarrelli reaktiv yaylım atəşi sistemi və hava hücumundan müdafiə raket sistemləri verilib. 

Ölkəyə ümumilikdə Aİ və tərəfdaşları tərəfindən edilən yardımının məbləği 160 milyard dolları ötüb". 

Nazir eyni zamanda NATO ölkələrinin Kiyevə fəal şəkildə F-16 müharibə təyyarələri tədarük etdiyini bildirib.

Demokrat.az

10:56 - 10 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin