Məşhur müğənniyə getdiyi toyda üzük hədiyyə etdilər - FOTO

 Məşhur müğənniyə getdiyi toyda üzük hədiyyə etdilər - FOTO

Türkiyəli tanınmış prodüser Emir Kaya və model Sevda Asobarın toyunda müğənni İrem Dericiyə bahalı üzük hədiyyə edilib.

Asayis.Az 
xəbər verir ki, məşhur məkanların birində baş tutan toya şou dünyasının bir çox tanınan simaları qatılıb.

Onlardan biri olan İrem Dericiyə evlənən cütlük tərəfindən üzük hədiyyə edilib. 

Eyni zamanda müğənniyə hazırda sevgili olduğu Atakan İşıktutan ilə xoşbəxtliklər arzulanıb.

Qeyd edək ki, toyda Hande Yener, Deniz Seki, Qonca Vuslateri, Murat Yeter, Beste Qorxmaz, Neslim Güngen, Merve Aydın və iranlı müğənni Siavaş Şəms də iştirak edib.



Demokrat.az

10:11 - 10 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin