Heydər Əliyev ona niyə “yaraşıqlı oğlan” demişdi? - Sevil Əliyevadan paylaşım (VİDEO)

 Heydər Əliyev ona niyə “yaraşıqlı oğlan” demişdi? - Sevil Əliyevadan paylaşım (VİDEO)
Mərhum Prezident Heydər Əliyevin qızı Sevil Əliyeva YouTube-da Xalq artisti Rasim Balayevlə bağlı bir video paylaşıb.

Asayis.Az xəbər verir ki, "Yaraşıqlı oğlan" adlanan görüntülərdə müxtəlif illərdə məkilmiş kadrlar birləşdirilib.

Bu görüntülərdə daha çox Həsən Seyidbəylinin çəkdiyi "Nəsimi" filmindən söhbət gedir.

Heydər Əliyevin bütün çıxışlarında qeyd olunur ki, "Nəsimi" filmi sayəsində dahi şairin obrazı Azərbaycan xalqının yaddaşında məhz Rasim Balayevin canlandırdığı rolla qalıb.

Bundan başqa, Eldar Quliyevin quruluşçu rejissoru olduğu "Babək" filmi xatırlanır. Kadrlarda Heydər Əliyev bu filmin çəkilişinə bəzi şəxslərin müdaxilə etmək istədiyini və bunun qarşısını şəxsən aldığını qeyd edir.

Xatırladaq ki, avqustun 8-də Rasim Balayev "İstiqlal" ordeni ilə təltif olunub və Prezident İlham Əliyev ordeni şəxsən 75 yaşlı Xalq artistinə təqdim edib.
 

 

16:30 - 9 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin