Asayis.Az bildirir ki, artıq yaxın günlərdə yeni salınan şəhərə rayon sakinlərinin ilk köçü başlayacaq. Hətta bununla bağlı artıq haansı ailələrin ilk köç karvanında yer alacağı müəyyənləşib. Bununla bağlı avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada 144 ailə ( 509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.
“Yeni Sabah” Füzuli şəhərindən yeni görüntüləri təqdim edir. Videodan göründüyü kimi artıq binaların bir çoxu tam hazırdır. Onlar təmir olunub, qaz, elektrik və su ilə təmin edilib. Yaşayış üçün tam hazırdır.
“Yeni Sabah”