Avqustun 8-də xalq artisti Rasim Balayevin doğulduğu gündür.
Asayis.Az xəbər verir ki, aktyor 75 illik yubileyini qeyd edir.
Çəkildiyi bir çox filmlərdəki obrazlarını məharətlə canlandıran Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib.
Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb. Xalq artisti "Nəsimi", "Babək", "Dədə Qorqud" kimi məşhur filmlərdə canlandırdığı obrazları ilə sevilib. Bundan başqa "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə epizodik rollarda da oynayıb.
Qeyd edək ki, Rasim Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1976-cı ildə "Əməkdar artist", 1982-ci ildə "Xalq artisti", 1998-ci ildə "Şöhrət" 2018-ci ildə "Şərəf" ordeni fəxri adları ilə təltif olunub.
Ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə xalq artisti “İstiqlal” ordeni ilə təltif edilib.
Biz də əziz Xalq artistimizi təbrik edərək ona sağlam ömür, xoş anlar arzu edirik!
“Qafqazinfo”