ABŞ xarici işlər nazirinin müavini Viktoriya Nuland Nigerdə baş verən hadisələr səbəbilə ölkəyə səfər edib.
Asayis.Az xəbər verir ki, səfər çərçivəsində ölkə rəsmiləri ilə görüş keçirilib.
Nazir müavini bildirib ki, görüş Xarici işlər naziri Antoni Blinkenin xahişi ilə həyata keçirilib:
"Səfərimiz demokratik nizama meydan oxuyan məsul şəxslərlə açıq danışmaq üçün təşkil olunub.
Bu məsələləri diplomatik yolla həll etməyə və həm də münasibətlərimizdə nəyin təhlükə altında olduğunu öyrənməyə çalışacağıq. Baş verənlər Niger konstitusiyasına uyğun gəlmir. Danışıqlar vasitəsilə həll yolu tapılacağına əminik".