Bu çempionata rus idmançılar buraxılmayacaq

 Bu çempionata rus idmançılar buraxılmayacaq

Beynəlxalq Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsi Ər-Riyadda keçiriləcək dünya çempionatına rusiyalı atletlərin iştirakına icazə verməyib.

Asayis.Az Trend-ə istinadən bildirir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

"İcraiyyə Komitəsi dünya çempionatında iştirak edəcək neytral idmançılardan ibarət nümayəndə heyətini təsdiqləyib. Onların hamısı Belarus pasportuna malik 12 idmançı, 7 xidmət işçisi və 1 texniki hakimdən ibarətdir", - deyə federasiyanın məlumatında qeyd edilir.

 

15:00 - 8 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin