Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ermənilərin Azərbaycan-Ermənistan sərhədinə - Həkəri körpüsünə təşkil etmək istədiyi avtomobil yürüşünü müşayiət etməkdən imtina edib.
Asayis.Az erməni Teleqram kanallarına istinadən xəbər verir ki, bu barədə sülhməramlı qüvvələrinin komandanlığının ermənilərin yazılı müraciətində cavabında deyilir.
“9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin müddəalarına əsasən, Rusiya sülhməramlı kontingenti avtomobil karvanlarının müşayiət etməyi, həmçinin müxtəlif əməliyyat və toplanışların təhlükəsizliyini təmin etməyi planlaşdırmır”, - deyə Rusiya sülhməramlı qüvvələri komandirinin müavini, polkovnik Sazonovun məktubunda deyilir.