Silahlı hücum - Ölən və yaralanan var

 Silahlı hücum - Ölən və yaralanan var

İstanbulda motosikletlə gələn  şəxs yolda dayanan 2 nəfərə atəş açıb.

Asayis.Az xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Belə ki, kimliyi bəlli olmayan şəxs tərəfindən yol kənarında duran 2 gəncə silahla hücum edilib. Nəticədə hər ikisi ağır yaralanıb.

Yaralılar tez bir zamanda xəstəxanaya yerləşdirilsə də onlardan biri dünyasını dəyişib. 

Digər yaralının isə həyati təhlükəsinin olduğu öyrənilib. 

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

12:38 - 7 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin