“Bu ermənilər Azərbaycana kömək oldu” - Boqdasaryan

 “Bu ermənilər Azərbaycana kömək oldu” - Boqdasaryan

“Azərbaycan Prezidenti şəhərlər salanda bu ermənilər dövləti və xalqı talan edib, Qarabağı məhv edib”.


Asayis.Az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə erməni bloger Roman Boqdasaryan hazırladığı video-məlumatda sensasion faktlar açıqlayıb.


Erməni blogerin hazırladığı videoda Qarabağı yerlə bir edən, Azərbaycanın sərvətini talayan, eləcə də öz xalqını fəlakətlərə sürükləyən adıçəkilən erməni məmur-oliqarxlar, ordu zabtiləri aşağıdakılardır:


Qarabağ separatçılarının eks-prezidenti Arkadi Qukasyan – 30 il ərzində böyük var-dövlət sahibi olub. Sankt-Peterburqda bir neçə otelin alıcısı olub.

Bako Saakyan – İrəvanda otel sahibinə çevrilib. Sürücüləri və mühafizəçiləri üçün üçmərtəbəli saray, Moskovyan küçəsində ticarət mərkəzi tikdirib. Moskvada isə mağazalar və ticarət köşkləri alıb. Arvadı ilə hər il İtaliyada dincəlir. Digər məlumatlara görə onun həmin ölkədə də mülkləri var.

Arayik Arutyunyan – Ermənistanda və xaricdə xeyli mülkləri var. Təkcə Rusiyanın Stavropolsk vilayətində ona məxsus böyük otellər şəbəkəsi mövcuddur. Birləşmiş Ərəb Əmirliklərinin Dubay əmirliyində, Parisdə mənzillər alıb. Öz məşuqələrinə Sayat-Nova küçəsində mənzillər bağışlayıb. İrəvanda böyük apartamentləri də məlumdur. Hazırda Ermənistanda böyük ranqlı məmurlara sutenyorluq edir.

Erməni general Artur Aqabekyan – Aqabekyan fondu təsis edib. Hansı ki, birinci Qarabağ müharibəsi dövründə qazandığı sərvətlər milyon dollarla ölçülür. Həmin fond qeyri-qanuni yolla toplanan pullar hesabına təsis edilib. O bu vəsaitləri ölkənin müdafiə sisteminə yox, mülklərə, qızlara və təntənəli banketlərə xərcləyib. Xankəndidə çalışan erməni qız jurnalistlər, eləcə də 13 fahişə həmkarları ilə birgə məşuqəsi olduqları oliqarx erməni məmurların əli ilə özlərinə Dubayda və İrəvanda mənzillər alıblar.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan – Prezidentliyi dövründə Yunanıstanda ada alıb. “Drako” Otellər şəbəkəsi, oğlu Levon üçün yüzlərlə obyektlər əldə edib. Ermənistanda bütün zavod və fabrikləri satıb, ölkəni məktəbsiz, uşaq bağçasız və yolsuz qoyub.

Ermənistanın dövlət təhlükəsizlik xidmətinin sabiq başçısı Kamo Aqacanyan (ermənilər iddia edir ki, əslən azərbaycanlıdır) İrəvanda, Gümrüdə və Hadrutda restoranları olub.

Rusiya Erməni ittifaqının prezidenti Ara Abramyan – Qarabağ ermənilərinin adına yığılan milyonlarla vəsaiti özünün obyektlərinin və saraylarının tikintisinə sərf edib.

Ermənistanan “şeytan” ləqəbli sabiq baş prokuroru Ağvan Ovsepyan, sabiq prezident Serj Sarkisyan, separatçı Seyran Ohanyan, Arşavir Qarabyan, İrəvan meri Toron Markaryan, Ara Papyan, Ruben Ayrapetyan, Samvel Karapetyan, Herminə Ağdalyan, Vitali Balasanyan, Mikael Minasyan və başqaları Çexiyada və digər Avropa ölkələrində mülklər alıb.

Baqdasaryanın videosunda vurğulanır ki, İlham Əliyev Azərbaycanda böyük quruculuq işləri görəndə bu ermənilər xalqı sonu görünməyən fəaləkətə sürükləyirdi. Bloggerin sözlərinə gröə, İkinci Qarabağ müharibəsində ermənilərin əsas məğlubiyyyəti də məhz onların adları ilə bağlıdır.

Roman Baqdasaryan bildirib ki, Xankəndində tanınmış erməni qadınlar Ermənistan nazirlərinin yataqlarına girməklə özlərinə böyük supermarketlər və digər ticarət obyektləri alıb.

10:00 - 7 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin