Nigerdə son hərbi çevriliş nəticəsində hakimiyyətə gələn Hərbi Şuranın rəhbərliyi Fransa ilə hərbi müqavilələri denonsasiya etdiyini açıqlayıb.
Asayis.Az axar.az-a istinadən xəbər verir ki, qərarda Nigerdə yerləşdirilən 1500 fransız hərbçinin hamısının ölkəni tərk etməli olduğu bildirilib.
Bununla bağlı Fransa hakimiyyəti isə bildirib ki, Niger hərbçilərinin Parislə hərbi müqavilələri denonsasiya etmək qərarını tanımaqdan imtina edir.