Türkiyənin tanınmış müğənnisi Hakan Pekerin martın 31-də keçiriləcək seçkilərdə Safranboludan bələdiyyə sədrliyinə namizəd olacağı iddia edilib.
Asayis.Az Medianews.az-a istinadən xəbər verir ki, müğənni səsləndirilən iddialar barədə açıqlama verib.
Hakan Peker instaqram hesabından bu haqda paylaşım edib:
"İncəsənət və mədəniyyət şəhərimiz illər əvvəl YUNESKO-nun irs şəhərləri sırasında öz yerini tutub. Çox yaxşı layihələrim var. Hələlik buna qismət deyək..."