Ermənilərin 67 %-dən çoxu Paşinyana etibar etmir

 Ermənilərin 67 %-dən çoxu Paşinyana etibar etmir

Ermənistan vətəndaşlarının 67%-dən çoxu ölkənin Baş naziri Nikol Paşinyana etibar etmir.

Asayis.Az qafqazinfoya istinadən xəbər verir ki, bu barədə məlumatı "GALLUP Beynəlxalq Assosiasiyası"nın Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, Paşinyanın iyulun 25-i keçirdiyi mətbuat konfransını vətəndaşların 65%-i izləyib. O bildirib ki, respondentlərin 16,1%-i Baş nazirin cavablarına etibar etmək olarmı sualına müsbət cavab verib: "Belə ki, sorğu iştirakçılarının 14,5 faizi bu suala güman ki, etibar etdiklərini, 13,1 faizi etibar etmədiklərini, 54,4 faizi isə tamamilə etibar etmədiklərini bildiriblər. 1,8% isə cavab verməkdə çətinlik çəkib".

Bununla yanaşı, respondentlərin fikrincə, təhlükəsizlik məsələləri ölkədə ən ciddi problemdir.

 

17:49 - 4 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin