Bakıda Putinə göndərilən xüsusi qarpız - Kilosu 3 manata... — FOTO

 Bakıda Putinə göndərilən xüsusi qarpız - Kilosu 3 manata... — FOTO

Bakıda "Yaşıl bazar"da mövsüm meyvələri və qarpız fantastik qiymətə satılır. Belə ki, qarpızın kilosu 2-3 manata, yemişin kilosu 3-4 manata, qarğıdalının ədədi isə 2 manata satılır.

Bakupost.az-ın əməkdaşı dünən bazara baş çəkərək, burada meyvə-tərəvəzin marketlərdən qat-qat baha qiyməyə satılmasının səbəbi ilə maraqlanıb.

Satıcılar kilosu 3 manata olan qarpızın "dədə-baba sortu"ndan olduğunu, onu yalnız imkanlı şəxslərin aldığını, hətta Rusiya prezidenti Putinə də məhz bu qarpızdan göndərildiyini bildirib.

Digər meyvələrin də marketdə satılanlardan olmadığı deyilib.

Qeyd edək ki, marketlərdə qarpızın kiloqramı 25-30 qəpikdir.

16:49 - 4 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin