Meksikada immiqrantları daşıyan avtobus qəza keçirib.
Asayis.Az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində azı 18 nəfər ölüb, 23 isə nəfər yaralanıb. Qəzada ölənlər arasında 3 uşaq da var.
Qeyd edək ki, təxminən 40 sərnişini olan avtobus Mexiko şəhərindən San Dieqo ilə həmsərhəd olan Tixuana bölgəsinə gedirmiş.