"Fənərbaxça"nın gənc futbolçusu Bora Aydınlık "Hall Siti”yə transfer olunur.
Asayis.Az xəbər verir ki, artıq Acun Ilıcalı “Fənərbaxça” rəhbərliyi anlaşıb.
Rəhbərlik, komandada böyüyən Bora Aydınlığın inkişafı üçün ingilis klubunun təklifini qəbul edib. Acun Ilıcalı 18 yaşlı gənc futbolçunu komandasına almaq istəsə də, rəhbərlik bunu qəbul etməyib. O, Ilıcalının yalnız icarəyə vermək təklifi ilə razılaşıb.
Qeyd edək ki, Bora Aydınlıkın 30 iyun 2025-ci ilə qədər Fənərbağça ilə müqaviləsi var.