Bu ölkə “Vaqner”ə görə sərhədinin mühafizəsini gücləndirib

 Bu ölkə “Vaqner”ə görə sərhədinin mühafizəsini gücləndirib

Litva Belarusda “Vaqner” özəl hərbi şirkətinin qruplaşmasının yerləşdirilməsinə görə dövlət sərhədinin mühafizəsini gücləndirib.

Asayis.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bu barədə məlumatı Litva Prezidenti Gitanas Nauseda açıqlayıb.

““Vaqner”in qiyamı başladıqda və şirkətin döyüşçülərinin Belarusda yerləşdirilməsi ilə bağlı planların olduğu məlum olduqda biz dərhal öz sərhədimizin mühafizəsini gücləndirdik”, - deyə Nauseda bildirib. 

Qeyd edək ki, Rusiyanın “Vaqner”in yaradıcısı Yevgeni Priqojin iyun ayında döyüşçü yoldaşları ilə birlikdə Rusiya administrasiyasına qarşı silahlı üsyana başlayıb. Üsyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsi ilə başa çatıb. Priqojin Belarusa getdikdən sonra “Vaqner”in ölkədə məskunlaşmasını təklif edən Lukaşenko Belarus ordusunun “Vaqner” döyüşçülərinin təcrübəsindən yararlana biləcəyini bildirmişdi.

“Qafqazinfo”

17:16 - 3 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin