AzTV-nin keçmiş aparıcısı Nurlana bu paylaşımı ilə üzə çıxdı - FOTO

 AzTV-nin keçmiş aparıcısı Nurlana bu paylaşımı ilə üzə çıxdı - FOTO

AzTV-nin keçmiş aparıcısı, şairə-publisist Nurlana Cəfərova qızı Ada ilə bağlı diqqət çəkən paylaşım edib.  

Asayis.Az bizim.media-ya istinadən bildriir ki, Nurlana övladının bir yaşı tamam olması münasibəti ilə doğum günü partisi keçirib.  

Qızı Ada ilə çəkilən fotolarını sosial şəbəkə hesabında paylaşan Nurlana sevinc hisslərini bu sözlərlə ifadə edib:

"İlk dəfə ana olduğumda "nə gözəl böyüdüm mən" deyə düşünmüşdüm. O qədər çox sevgi, fərqli hisslər dolmuşdur ki, içimə. İkinci dəfə ana olacağımı biləndə qorxdum, qarışıq hisslər yaşadım. Çünki oğlum çox balaca idi. Elə bilirdim ki, böyük dünya bizim üçümüzə, mənə, həyat yoldaşıma və ona yetəcək qədərdir. Lakin qızım dünyaya gələndə sanki günəşim faha çox parladı, qəlbim daha çix isindi, ruhum daha çox öpüb qucaqladığını tərəziyə qoymaq olduğumu anladım. Hər ikisinə yetəcək qədər güc, səbr, məhəbbət var içimdə.  

Qızım, gül balam, bu həyatda hər zamam gül, balam. Savadlı, qəlbi mərhəmət dolu insanlardan ol. Sənə qədər mən bütün və tam xoşbəxt olmamışdım. Nə yaxşı ki, mənimsən, bizimsən, Ada".

Qeyd edək ki, Nurlana Cəfərova 6 il əvvəl AzTV-də  Musiqi və Əyləncəli Proqramlar Redaksiyasının baş redaktoru olub. Bundan daha əvvəl isə Nurlana ATV-də və 106 FM-də aparıcı kimi çalışıb.

Pandemiya dövründə ailə quran Cəfərova Türkiyənin İzmir şəhərinə köçüb. Onun bir qız və bir oğlan övladı var. Bu ilin fevralın sonu isə Nurlana Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib.
Məqaləyə dair fotomateriallar:

 

15:25 - 3 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin