“Apple” şirkətinin 1976-1977-ci illərdə istehsal etdiyi “Apple 1” adlı kompüter hərracda satılacaq.
Asayis.Az xəbər verir ki, bu barədə "RR Auction" hərrac evi məlumat paylaşıb.
Məlumata görə, sözügedən kompüter avqustun 24-də hərraca çıxarılacaq.
"Apple 1" kompüterinin 200 min dollara satılacağı gözlənilir.
Qeyd edək ki, "Apple 1"in prototiplərindən biri 2022-ci ildə təxminən 700.000 dollara satılıb.
Demokrat.az