Qarabağ erməniləri vətəndaşlıq almaq üçün Bakıya ZƏNG ETDİLƏR

 Qarabağ erməniləri vətəndaşlıq almaq üçün Bakıya ZƏNG ETDİLƏR

Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış "Qaynar xətt"ə 100-ə yaxın müraciət daxil olub. 

Asayis.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Dilarə Əliyeva adına Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi"nin rəhbəri Dilarə Əfəndiyeva deyib. 

Onun sözlərinə görə, Bakıya zəng edən ermənilər arasında Rusiya sülhməramlılarından şikayətlənənlər də olub. Belə ki, bəzi erməni sakinlər "Qaynar xətt"ə zəng edərək, rusiyalı hərbçilərin onlardan rüşvət aldığını bildiriblər.

Bundan əlavə, bir çox ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini deyiblər.

“Əvvəlki aylarda "Qaynar xətt"imizə 100-ə yaxın müraciət daxil olub. Ermənilər əsasən Azərbaycan vətəndaşlığına keçməklə bağlı müraciət edirlər. Onlar soruşurlar ki, Azərbaycan vətəndaşlığına necə keçmək olar, vətəndaşlıq aldıqdan sonra onların hansı hüquqları təmin olunacaq. Bir də onlardan rüşvət istənilməsi barədə bizə müraciətlər edilib. Ermənilər Laçın yolundan keçmək üçün Rusiya sülhməramlılarının onlardan rüşvət istədiyini diqqətə çatdırıblar", - deyə Dilarə Əfəndiyeva vurğulayıb.

Qeyd edək ki, dekabrın 16-da Azərbaycanda Qarabağ erməniləri üçün “qaynar xətt” yaradılıb. Belə təşəbbüslə Dilarə Əliyeva adına Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi"nin rəhbəri Dilarə Əfəndiyeva çıxış edib. Qarabağ bölgəsindən "qaynar xətt"ə müraciət edənlərin məxfiliyinə tam zəmanət verilib. 

16:46 - 2 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin