Belarus lideri Aleksandr Lukaşenko Belarusdakı “Vaqner” muzdlularının ona Polşaya “ekskursiyaya getmək” planları barədə dediklərinə dair sözlərini “zarafat” adlandırıb.
Asayis.Az xəbər verir ki, bir sıra şərhçilər, o cümlədən Qərbdə bunu işarə – Polşaya qarşı silahlı təxribat kimi şərh ediblər.
“Mən zarafat etdim ki, “Vaqner”çilər öz aralarında “biz Rzeşova ekskursiyaya gedirik” pıçıldayırlar”, – Lukaşenko Belarusun qərbindəki Brest vilayətində çıxışı zamanı deyib.
Daha sonra elə həmin çıxışında o, “Vaqner”çilərin həqiqətən də Polşaya hücum edə biləcəyinə əminliyini ifadə edib və qeyd edib ki, onları bundan yalnız Belarus hakimiyyəti saxlayır.
Lukaşenkoya görə, Polşa hakimiyyəti ona təşəkkür etməlidir: “Dua etsinlər ki, biz onları saxlayıb, birtəhər təmin edirik. Yoxsa, biz olmasaq, ora sızıb bu Rzeşova və Varşavanı elə sındırarlar ki… Ona görə də məni qınamağa ehtiyac yoxdur, “sağ ol” desinlər”, – Belarus lideri bildirib.
Azpost.info