“Barbie” filmi bu ölkələrdə qadağan edildi

 “Barbie” filmi bu ölkələrdə qadağan edildi

Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ABŞ istehsalı olan "Barbie" filminin izlənilməsini qadağan edib.

Asayis.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb filmdə olan bəzi səhnə və ideaların həmin ölkənin dəyərləri ilə üst-üstə düşməməsidir.

Bildirilib ki, filmdə öpüşən  iki qadın personajın təsviri müsəlman  cəmiyyətlərin gözləntiləri ilə toqquşub.

Həmçinin, Yaxın Şərqdəki dini inanclar da "Barbie" filminin qadağan edilməsində rol oynayıb.

Bundan əlavə, filmdə özünü gücləndirmə və ictimai normaların pozma mesajı bəzi dini doktrinalarla ziddiyyət təşkil etdiyi üçün ekran işi qadağan edilib.

13:47 - 2 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin