Avropa ölkələri arasında ən yüksək işsizlik səviyyəsi olan ölkə məlum olub.
Asayis.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Eurostat"ın iyun ayı üzrə məlumatında deyilir.
Məlumata əsasən, ən yüksək işsizlik səviyyəsi İspaniyada qeydə alınıb - 11,7 faiz, daha sonra Yunanıstan - 11,1 faiz, Litva və İsveç - 7,5 faiz.
Ən aşağı işsizlik göstəriciləri - Maltada - 2,6 faiz, Polşa və Çexiyada 2,7 faiz və Almaniyada - 3 faiz təşkil edir.