"Çox insan sildim. Heç peşman da deyiləm. Çünki bəziləri həyatıma sevgidən çox burnunu soxurdu".
Asayis.Az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə instaqram hesabında yazıb. Aparıcı sözlərinə belə davam edib:
"Özəl statuslarımı gözləyənlər çoxdur. Sizə sevgilərlə yenə gəldim. Nəzərinizə çatdırım ki, bu yazılanlar hər zaman mənim özümə aid deyil, hərdən olur, amma həmişə yox. Yəni sevgidən, ayrılıqdan, dostluqdan, xəyanətdən, nifrətdən, hirsdən, kindən doğan hissləri bütün insanlar yaşayır və mən də çoxlarının düşünüb yaza bilmədiyini yazıram. Bəyənənlər istifadə edə bilər, amma müəllif haqqını qorumaq şərtilə".
Axşam.az