Azərbaycanın yunan-Roma güləşçisi Yusif Əhmədli Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında final görüşünə çıxıb.
Asayis.Az-ın məlumatına görə, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada Zaur Beslekoyevlə (AİN) görüşüb.
Rəqibinə 1:5 hesabı ilə uduzan Əhmədli gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Azərbaycanın daha iki yunan-Roma güləşçisi avqustun 2-də qızıl medal uğrunda mübarizə aparacaq.
“Report”