Məlahət Abbasovanın qızı Avstriyaya köçür

 Məlahət Abbasovanın qızı Avstriyaya köçür

Əməkdar artist Məlahət Abbasovanın qızı Sude Avstriyada yaşayacaq.

Asayis.Az axşam.az-a istinadən bildirir ki, bu haqda aktrisa özü məlumat yayıb. O bildirib ki, övladı təhsili üçün Zalzburqa yollanıb. Sude Motsart Akademiyasında təhsil alacaq.

"Təhsiliniz üçün atacağınız hər addım uğurlu olsun. Avstriya, Zalzburq, Motsart Akademiyası... Gözəl qızım, həyat hər zaman səni güldürsün və sənə gülsün" deyə, M.Abbasova bildirib.

Qeyd edək ki, Türkiyədə yaşayan M.Abbasovanın bir oğul övladı da var.

16:16 - 1 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin