Veqan qidalanma tərəfdarı olan 39 yaşlı sosial media fenomeni Janna Samsonova Cənub-Şərqi Asiyaya səfəri zamanı yalnız ekzotik meyvələrlə qidalandığı üçün "aclıqdan" ölüb.
Asayis.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat xarici mediada yayılıb.
Məlumata görə, veqan qidalanma tərəfdarı Janna Samsonovanın yaxınları onun iyulun 21-də "aclıqdan" öldüyünü açıqlayıblar.
Sosial mediada veqan qidalanmanı təbliğ edərək milyonlarla izləyici toplayan Jannanın Cənub-Şərqi Asiya turu zamanı müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi deyilir.
Samsonovanın anası isə qızının ölümünü "vəbaya bənzər infeksiya" ilə əlaqələndirib, lakin meyitin ekspertiza nəticəsinin hələ açıqlanmadığı bildirilib.
Bişirilməmiş göyərtilərdən hazırlanan yeməklərə üstünlük verdiyi deyilən Samsonovanın son 4 il ərzində "tamamilə çiy veqan pəhrizi" saxladığını və yalnız günəbaxan tumu cücərtiləri və meyvələrlə qidalandığı iddia olunur.