Məşhur serialın ulduzu evində ölü tapıldı

 Məşhur serialın ulduzu evində ölü tapıldı

Dünyaca məşhur "Euphoria" serialının ulduzu Anqus Cloud Amerikadakı evində ölü tapılıb.

Asayis.Az lent.az-a istinadən xəbər verir ki, 25 yaşlı aktyorun psixoloji problemləri olduğu bildirilir.

Məlumata görə, gənc ulduz 1 həftə əvvəl atasını itirib və onun ölümü ilə barışa bilməyib. Bundan sonra psixoloji sarsıntılar keçirən Cloud özünü evə qapadıb.

Onun ailəsi məsələ ilə bağlı açıqlama verib.

"Anqus atasının yoxluğunu qəbul edə bilmədi. Çox mübarizə apardı, amma olmadı. Yeganə təsəllimiz odur ki, o, artıq ən yaxın dostu olan atasının yanındadır. Onlar qovuşdular", - aktyorun anası bildirib.

 

16:20 - 1 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin