Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın üzvlərinin sayı artdı

 Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın üzvlərinin sayı artdı

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın üzvlərinin sayı artırılıb.

Asayis.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama görə, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi İdarə Heyətinin sədri komissiya üzvləri sırasına daxil edilib.

Həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinə dəyişiklik barədə Türkiyə Respublikası tərəfinə bildiriş göndərmək həvalə olunub.

14:34 - 1 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin