Aygün Kazımova retro tərzi ilə illər əvvələ qayıtdı - FOTO

 Aygün Kazımova retro tərzi ilə illər əvvələ qayıtdı - FOTO

Xalq artisti Aygün Kazımova daha bir fərqli obrazda etdirdiyi fotosessiyasını sevənləri ilə bölüşüb.

Asayis.az xəbər verir ki, pop diva bu dəfə pərəstişkarlarının arzusunu yerinə yetirib. Belə ki, sevənləri tez-tez Kazımovaya onu yenidən qara saçda, illər əvvəlki obrazında görmək istədiklərini yazıb.

Müğənni retro stildə olan fotolarında qara saç düzümü edib. İfaçının şəkilləri Türkiyədə Erman İstahlı tərəfindən lentə alınıb. Fotoların ideya müəllifi dizayner Rüfat İsmayıldır.

Pop divanın obrazları üzərində Berker Kuşku çalışıb. İfaçı makiyajını Andrea Şeehana həvalə edib.

11:00 - 1 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin