“Növbəti dəfə Türkiyədə olmaqdan məmnunam. Azərbaycan daim Türkiyənin yanındadır”.
Asayis.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, təkbətək görüşdə tərəflər arasında əlaqələr müzakirə olunub.
C.Bayramov qeyd edib ki, Azərbaycan daim Türkiyənin yanındadır.