“Xaçaturyan barəsində ölüm hökmü çıxarıla bilər” - Tahir Kərimli

 “Xaçaturyan barəsində ölüm hökmü çıxarıla bilər” - Tahir Kərimli

“Bu şəxs sürücü olmasına baxmayaraq, qətllər törədib, mülki və dövlət əmlaklarına ziyan vurub, ona görə ciddi cəzalanmalıdır. Şübhəsiz, bu şəxs edam cəzasına layiqdir".

Asayis.Az
 Pravda-ya istinadla xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli deyib.

Meşəli soyqırımı hadisələri ilə bağlı saxlanılaraq məsuliyyətə cəlb edilən V. Xaçaturyan barəsində ölüm hökmünün çıxarılması təklifinə belə münasibət bildirib:

“Konstitusiyada ölüm hökmü nəzərdə tutulur, sadəcə, 1998-ci ildə moratorium qoyulub. Bu o demək deyil ki, kiminsə barəsində ölüm hökmü çıxarıla bilməz, Konstitusiyanı məhdudlaşdırmaq olmaz. Ölüm hökmləri müharibə şəraitində icra olunur. Azərbaycanda müharibə şəraiti varmı? Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hələ imzalanmayıb. Milli Məclisdə təsdiq olunmayan üçtərəfli bəyanat var. Sülh sazişi imzalanmayıbsa, deməli, Ermənistan və Azərbaycan arasında münaqişə hələ bitməyib.

Xaçaturyan cinayəti də müharibə şəraitində törədib. Beynəlxalq təzyiqlər çox olacaq. Ölüm hökmünü ömürlük həbs cəzası ilə də əvəz etmək olar. Milli Məclis qərara gəlsə ki, hazırda müharibə şəraitidir, o zaman ölüm hökmü icra oluna bilər”.

10:29 - 31 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin