Rusiyadan Belarusa gələn "Vaqner" hərbi qruplaşmasının 100-dən çox muzdlu döyüşçüsü Polşa ilə sərhədə tərəf irəliləməyə başlayıb.
Asayis.Az axar.az-a istinadən bildirir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.
Onun sözlərinə görə, vaqnerçilər Suvalki dəhlizinə - Polşa-Litva sərhədinin 100 kilometr uzunluğu olan strateji hissəsinə yaxınlaşıblar.
"Şübhəsiz, bu, Polşa ərazisinə hibrid hücum istiqamətində bir addımdır. Çox güman ki, muzdlular Belarus sərhədçiləri libasına bürünəcək və Polşada sabitliyi pozmaq üçün qeyri-qanuni mühacirlərin ölkəmizə girməsinə kömək edəcəklər", - deyə Moravetski bildirib.