Tanınmış jurnalistə vəzifə verildi

 Tanınmış jurnalistə vəzifə verildi

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin yeni rəhbərinin kimliyinə aydınlıq gəlib.
Asayis.Az xəbər verir ki, bu vəzifəyə "CBC Sport"un şərhçisi, tanınmış jurnalist Elnur Məmmədli təyin edilib.

Bir neçə namizədin arasında seçim edən AFFA rəhbərliyi yekunda Məmmədlinin üzərində dayanıb.

Xatırladaq ki, futbol qurumunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq  rəhbəri Firuz Abdulla bu yay "Səbail" klubunun icraçı direktoru təyin olunub.//Qaynarinfo

16:34 - 30 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin