Bakıda 500 nəfərlik erməninin siyahısı var

 Bakıda 500 nəfərlik erməninin siyahısı var

“Laçın postunda saxlanılan Xocalı qatili Vaqif Xaçaturyan 1996-97-ci ilərdə separatçıların qondarma “müdafiə naziri” Samvel Babayanın sürücüsü olub. I Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımılarda birlikdə iştirak ediblər, daha sonra Babayan “nazir” olanda onu sürücüsü edib”.

Asayis.Az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.

O, bildirib ki, Xaçaturyanın həbs edilməsi Xocalı qatillərinin ədalət qarşısına çıxarılması prosesinin başlanması hesab edilə bilər:

“Ötən ay erməni mediası iddia edirdi ki, Azərbaycanın əlində hazırda Qarabağda qalmış 500 erməni hərbçinin adının daxil edildiyi siyahı var. 

Siyahıda adı olanlar azərbaycanlılara qarşı soyqırımılarda iştirak edənlər, eləcə də 44 günlük müharibədə döyüşənlərdir. Siyahıya bir çox erməni general və komandir də daxildir. 

Bu şəxslər Laçın postundan keçmək istəsə, həbs olunacaqlar, Xaçaturyan həbs olunduğu kimi.

Soyqırımı aktlarına komandirlik edənlərin xüsusi əməliyyatla zərərsizləşdirilməsi, yaxud həbs olunaraq, Bakıya gətirilməsi mümkün variantlardan biridir”.//Yenisabah.az

 


11:48 - 30 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin