"Heydər Əliyevlə tanış olmaq şansım olmayıb. Azərbaycanın Ulu Öndərini onun 100-cü ilində onu sayqı ilə anıram. Heydər Əliyev Türkiyə və Azərbaycan arasındakı sənət aləminin mehribanlaşması, türk ifaçıların ölkənizdə tanınması üçün çalışdı. Dilimiz, türkülərimiz, adətlərimiz eynidir".
Asayis.Az xəbər verir ki, bu sözləri türkiyəli aktrisa Türkan Şoray deyib. "ATV səhər"ə müsahibə verən aktrisa Azərbaycana gəldiyi vaxtlar yaşadıqlarını xatırlayıb.
O bildirib ki, Birinci xanım Mehriban Əliyeva onu evinə dəvət edib:
"Birinci xanım Mehriban Əliyeva məni evinə çay içməyə dəvət edib. Azərbaycanda gözəl xatirələrim olub. Ona bir kitab hədiyyə etdim. Hətta kitabı Azərbaycan dilinə tərcümə etdirmək təklifini verdi. Çox gözəl xatirələrim var".//Sfera.az