Avropa İttifaqına üzv dövlətlərin nümayəndələri ilkin olaraq Avropa Parlamentinin deputatlarının sayının artırılması ilə bağlı razılığa gəliblər.
Asayis.Az xəbər verir ki, gələn il keçiriləcək təkrar seçkilərdən sonra Avropa Parlamentində əlavə 15 deputat yeri mövcud olacaq. Dəyişiklik Avropa Şurası və Parlamentinin özü tərəfindən hüquqi təsdiqini tapdıqdan sonra deputatların sayı 705-dən 720-yə çatacaq.
Bu qərardan ən çox Fransa, İspaniya və Niderland faydalanacaq, çünki bu ölkələrin hər biri Avropa Parlamentində iki əlavə mandat alacaq.
Yerlər əhalinin sayındakı dəyişiklikləri nəzərə alan, lakin Aİ-nin ən kiçik üzv dövlətlərini bir qədər üstələyən hesablamaya əsasən bölüşdürülür.//Report