BMT-nin baş katibindən Putinə reaksiya - "Bir ovuc taxılla iş həll olunmur!"

 BMT-nin baş katibindən Putinə reaksiya -

Rusiya 6 Afrika ölkəsinə 25-50 min ton taxıl göndərəcəyini açıqladıqdan sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş məsələyə reaksiya verib. 
Asayis.Az xəbər verir ki, o, bu barədə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

Çıxışda deyilir:

“Rusiyanın etdikləri milyonlarla ton taxılın bazardan çıxarılmasına səbəb olacağı aydındır. İqtisadi qanunlara əsasən, Ukrayna taxılının beynəlxalq bazara mövcud olan qiymətlərdən xeyli yüksək qiymətlərə satılacağı da bəllidir.

Taxıl qiymətlərindəki bu artımlar hər kəsə təsir göstərəcək. Bu təsiri bəzi ölkələrə bir ovuc taxıl ianə verməklə düzəltmək mümkün deyil". 
 

16:17 - 28 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin