Hava ilə bağlı XƏBƏRDARLIQ - Leysan, şimşək, dolu...

 Hava ilə bağlı XƏBƏRDARLIQ - Leysan, şimşək, dolu...

Bakıda və Abşeron yarımadasında iyulun 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Asayis.az-a  verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 25-28° isti olacaq.

Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.

Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Güclü qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.

14:45 - 28 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin