“Həmin məşhur xanımla evlənməyi düşünürəm” - Tolikdən sevgi etirafı

 “Həmin məşhur xanımla evlənməyi düşünürəm” - Tolikdən sevgi etirafı

"Bir çox məşhurun həyatı instaqramda göründüyü kimi deyil. Səmimi həyat tərzi yaşayanlar var ki, veclərinə deyil kim haqlarında nə deyir. Görməmiş müğənnilər var ki, bir bahalı yerə gedən kimi çəkib qoyurlar. Evlərinin bir guşəsini tez-tez göstərirlər. İnsanlara maraqlı deyil. Şahənşahlı həyat yaşayan müğənnilər heç onu göstərməyə ehtiyac duymur". 
Asayis.Az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) özünün sosial şəbəkə hesabında yazıb. Tolik izləyicilərinin suallarını cavablandırarkən səmimi fikirləri ilə diqqəti öz üzərinə çəkməyi bacarıb. 

Tolik sevgi ilə bağlı suala isə belə cavab verib: "Şou-biznesdə bəziləri deyirdi ki, müğənni ilə ailə qurmarıq. Amma qurdular və xoşbəxt oldular. Son günlər bir tanınmış xanımdan xoşum gəlir. Ola bilər ki, onunla ailə qurum. Bir xanım var ki, sevgimi qazanır. O da məşhurdur. Bilmirəm... Hisslərimi bölüşə bilmirəm". 

16:51 - 27 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin