Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə gələcək.
Asayis.Az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.
Nəşrin bildirdiyinə görə, iyulun 28-də baş nazir Nikol Paşinyanın Vardenisə (Basarkeçər rayonu - red.) səfəri gözlənilir.
Səfərin gündəliyinin məlum olmadığı bildirilir. Hazırda səfər zamanı təhlükəsizliyin təmin edilməsi üçün hazırlıq işləri aparıldığı bildirilir.