Bu ayaqqabı 50 min dollara hərraca çıxarıldı

 Bu ayaqqabı 50 min dollara hərraca çıxarıldı

Yalnız "Apple" işçiləri üçün hazırlanmış ayaqqabı 50 min dollara hərraca çıxarılıb.
Asayis.Az 
xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb. 

Bildirilib ki, "Apple" loqosu olan bu ayaqqabı Sotheby's hərrac evi tərəfindən hərraca çıxarılıb. 

Şirkətin 1990-cı illərdə bəzi işçiləri üçün hazırladığı bu ayaqqabılar indiyədək satışda olmayıb.

Ağ ayaqqabıların üzərində göy qurşağı rənglərində "Apple"ın köhnə loqosu var.

Qeyd edək ki, bu ayaqqabı indiyədək görülən ən nadir əşyalardan biri kimi qiymətləndirilir.

 

15:11 - 26 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin