Orhan Gencebay: "Azərbaycanlılar bizim canımızdır" - VİDEO

 Orhan Gencebay:

"Azərbaycan deyəndə axan sular durur. Azərbaycanlılar bizim canımızdır. Buradan canlarıma ən böyük hörmət və salamlarımı göndərirəm".

Asayis.az xəbər verir ki, bu sözləri müğənni Orhan Gencebay deyib.

Sənətçi hazırda Türkiyədə olan aparıcı Hacı Nuran Hüseynovla bir araya gəlib. 

Orhan Gencebay azərbaycanlıları çox sevdiyini dilə gətirib. İfaçı aparıcı ilə söhbəti zaman gəmidən yıxılmasından da danışıb. Müğənni səhhətinin günbəgün daha da yaxşılaşdığını bildirib. 

Qeyd edək ki, Orhan Gencebayın başına gələn hadisə onun həyat yoldaşı Sevim Emre ilə restorandan Balta limanındakı malikanəsinə qayıdan zaman baş verib. Limana çatanda mühafizəçilər əvvəlcə Sevim Emrenin gəmidən enməsinə kömək ediblər.

Daha sonra Gencebaya əllərini uzadıblar, ancaq ifaçı tarazlığını itirərək kürəyi üstə beton döşəməyə yıxılıb. Ombası və kürəyindən əzilən Gencebay xəstəxanaya aparılıb. Müayinə zamanı onun bədənində qırıq-çıxıq görünməyib, ancaq zərbəyə görə bərk əzildiyi müəyyən edilib.

 

 

 

VİDEO

 

13:20 - 26 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin