Qızı Qubad İbadoğluna verilən ittihamları AÇIQLADI

 Qızı Qubad İbadoğluna verilən ittihamları AÇIQLADI

“Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.1-ci maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə şübhəli şəxs qismində saxlanılıb”.

Asayis.az
 xəbər verir ki, bu barədə siyasətçinin qızı sosial şəbəkə hesabında yazıb.

“Onu hal-hazırda “Bandotdelin” zirzəmisində saxlayırlar. Ona dərman və paltar kimi ehtiyacları götürməyə imkan verməyiblər. Hələ də özünə lazım olan dərmanları yoxdur.  Atamın yüksək təzyiq və şəkəri var, dərmanlar onun həm də digər daxili orqanları üçündür. Həmin dərmanlarsız o sadəcə məhv ola bilər”, - daha sonra Bayramova bildirib.

Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Daha sonra isə onun ofisində axtarış aparılıb.

11:40 - 24 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin