Prezident köməkçisi: “Peşəkar jurnalistilər üçün imtiyazlar olmalıdır”

 Prezident köməkçisi: “Peşəkar jurnalistilər üçün imtiyazlar olmalıdır”

“Mediada yeni tendensiyalar təşəkkül tapıb”.

Asayis.az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumu zamanı çıxışında deyib.

“Peşəkar jurnalistlər üçün imtiyazlar olmalıdır. Azərbaycan mediasına da bir sıra çağırışlar aiddir. Biz bunları gündəlik işimizdə də hiss edirik. 1991-ci ildə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra müstəqil media ortaya çıxdı”,- deyə H.Hacıyev əlavə edib.

Qeyd edək ki, iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumu başlayıb. Tədbirə ümumilikdə 120 media subyekti və 50 ölkədən 250-dən çox qonaq qatılıb. Açılış mərasimindən sonra forum sessiyalarla davam edir. Sessiyalarda medianın gələcəyi - rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və digər mövzular xarici və yerli mütəxəssislər tərəfindən panel müzakirəyə çıxarılacaq. Qlobal forum çərçivəsində, eyni zamanda, bəzi paralel tədbirlərin - sərgi və təlimlərin də keçirilməsi nəzərdə tutulur.

Forum 23 iyul axşama qədər davam edəcək.

13:30 - 22 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin