Namiq Qaraçuxurlu oliqarx deputata meyxana həsr etdi - VİDEO

 Namiq Qaraçuxurlu oliqarx deputata meyxana həsr etdi - VİDEO

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Milli Məclisin deputatı Madər Musayev dünyasını dəyişib. Asayis.Az-ın məlumatına görə, millət vəkilinin ölümündən sonra məşhur meyxanaçı Namiq Qaraçuxurlunun Madər Musayevə həsr etdiyi meyxanası yayılıb. Meyxanada mərhum oliqarx deputat tərif olunur, onun xeyirxah insan olduğu bəhs edilir.

Qeyd edək ki, ayağı qırılan Madər Musayev bir müddət davam edən müalicədən sonra vəfat edib. M. Musayev XII çağırış Azərbaycan Ali Sovetinin və Azərbaycan Milli Məclisinin bütün çağırışlarında deputat seçilib. O, bununla da ümumilikdə 7 dəfə seçilən yeganə millət vəkili olub. 

12:28 - 18 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin